• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədovun kadrları da “vurula” bilər – 4 icra başçısı hədəfdə

Fazil Məmmədovun kadrları da “vurula” bilər – 4 icra başçısı hədəfdə
07.12.2017 17:59
Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının da narahatlığına səbəb olub.

Turkustan.info xəbər verir ki, bu barədə "Yeni Müsavat” qəzeti yazıb. Yazıda bildirilir ki, ilk növbədə F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov çıxılmaz duruma düşüb. 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasından sonra bilinmişdi ki, binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub. Lakin həmin dövrdə X.İsgəndərov yanğın olayında yaxasını kənar saxlaya bilmişdi. Halbuki ilk sorğu-suala tutulmalı olan şəxs məhz Xaləddin İsgəndərov idi. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənir. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş "Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovu "bulaşdırdılar”. M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.

Uzun illər F.Məmmədov onun "qubernatorluğuna” daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular. Hazırda gecəsi-gündüzünə qarışan başçılardan biri də Gədəbəyin icra başçısı, sahibkarların qəniminə çevrilən Ramiz Yediyarovdur.

Fazil Məmmədovun vəzifəsindən qəfil çıxarılmasından sonra R.Yediyarovu kabinetində çox pəjmürdə görüblər. Yada salaq ki, Ramiz Yediyarov icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu.

Sabiq vergilər nazirinin daha bir kadrı Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşovdur. R.Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib.

R.Babaşovun Sabirabadda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə böyük mal-mülk sahibidir. R.Babaşovun MTN generalları ilə münasibətlərini tənzimləyən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olmuş, hazırda "MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov idi. Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi haqda iddialar da vardı. Fazil Məmmədovun bu kadrının da adı sahibkarlara qarşı qanunsuzluqlarda keçir. Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşovun avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var və s. ticarət obyektləri var.

Sabiq vergi nazirinin daha bir kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun "vuran əli” sayılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol