• $
  • €
  • ₽
  • ₺
  • £

Serj Sarkisyan: "Rusiya Qarabağ üzrə yeni heç nə təklif etmir"

Serj Sarkisyan: "Rusiya Qarabağ üzrə yeni heç nə təklif etmir"
15.12.2017 22:35


"Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfərləri zamanı heç bir konseptual təkliflə çıxış etməyib".

Virtualaz.org bildirir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan "Armeniya” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışarkən bildirib.

"Ümumiyyətlə yeni təkliflər olmayıb. Ermənistan-Rusiya əlaqələrinin gündəliyi o qədər zəngindir ki, səfərlər zamanı müzakirələr yalnız Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmır. Rusiya XİN rəhbəri əmindir ki, münaqişənin həlli yalnız ATƏT-in Minsk qrupunun patronajlığı ilə mümkündür”, - deyə Sarkisyan vurğulayıb.
Münaqişənin həlli ilə bağlı şəxsi düşüncələri barədə sualı cavablandıran Ermənistan prezidenti vurğulayıb ki, bunun üçün təmas xəttində sülh olmalı, qurbanlar olmamalıdır: "Bu, müəyyən atmosfer, inam yaradacaq. Əgər razılaşmalar yerinə yetirilmirsə, onda şübhə qurdu hərəkət etməyə başlayır, inamsızlıq atmosferi dərinləşir”.

S.Sarkisyan həmçinin təmas xəttində yeni hərbi texnikanın yerləşdirilməsi haqda danışıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol