• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan bu yalan xəbərlə nəyə nail olmaq istəyir?

İrəvan bu yalan xəbərlə nəyə nail olmaq istəyir?
16.12.2017 17:07
Bu yalan məlumatdır və bu tipli məlumatların heç bir əsası yoxdur. Sadəcə olaraq, Ermənistanın işğal etdiyi zonada guya həyatın mövcudluğunu və xaricilər üçün cəlbedici həyatın yarandığını göstərmək üçün ortaya atılmış yalandır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə işğal altında olan Dağlıq Qarabağa səfər edən turistlərin sayının bu il 40% artdığı ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. O bildirib ki, bu gün nəinki işğal altında saxlanan Dağlıq Qarabağ, hətta Ermənistanın özü çox ağır sosial durumdadır:

"Əhali ağır vəziyyətdə yaşayır. İnfrastrukturların təmir və modernləşdiirlməsi üçün investisiya çatışmır. Dağlıq Qarabağda yaşayanlar isə sanki polis rejimi altında həyatlarına davam edirlər. Orda hər hansı turizmin inkişafından danışmağa dəyməz. Doğrudur, Ermənistan hakimiyyətində olanlar vaxtaşırı işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər edirlər. Amma xaricdən məxsusi olaraq turistlərin Ermənistanı turizm üçün seçməsi inandırıcı deyil. Burada böyük bir yalan dövriyyəyə buraxılır. Bu cür məlumatlar sadəcə olaraq Azərbaycanda narahatlıq yaratmaq üçün yayılır”.

Millət vəkili qeyd edib ki, bununla belə, torpaqlarımızın işğal altında olması indiyə qədər bizi ən narahat edən məsələ olaraq qalmaqdadır:

"Azərbaycan dövləti işğal olunmuş bölgələrə qanunsuz səfərlər edən xarici ölkə vətəndaşlarını bir qayda olaraq qara siyahıya alır. Bu isə həmin insanların sonra Azərbaycana səfər etməsinə ciddi problemlər yaradır. Eyni zamanda, işğal edilmiş bölgələrə səfər edən insanlar tanınmış şəxslər olduqda bizim xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bununla bağlı həmin ölkənin müvafiq orqanlarına məlumat verərək, bunun qarşısının alınmasını xahiş edirlər”.

Qeyd edək ki, ötən gün işğal altında olan bölgələrə səfər edən turistlərin sayının 40% artdığı ilə bağlı informasiyalar yayılmışdı. Məlumatda ötən il bu bölgələrə gələn əcnəbilərin sayının 2015-ci ildəkindən 15% az olduğu və buna səbəb kimi Aprel döyüşləri göstərilmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol