Vasif Talıbov yeni qurum yaratdı

Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu
verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.
Qeyd edək ki, sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















