Erməni generalın Azərbaycan qorxusu: “Böyük itkilərimiz olacaq”

"O, mövqelər çox ciddi mövqelər idi. Təəssüf ki, onları itirmişik".
Anews.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalistin suallarını cavablandıran ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan deyib.
Ermənistanın Şirak (Qonaqqıran-red.) vilayətinin dövlət universitetinin qonağı olan general-mayor Arkadi Ter-Tadevosyan aprel döyüşlərində Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi mövqelərin strateji və ciddi mövqelər olduğunu etiraf edib.
"Bu məqamda mövqeləri geri qaytarmaq lazım deyil. O, mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Lakin mövqeləri qaytarmaq istəsək, böyük itkilərimiz olacaq. Hazırda yeni mövqelər yaratmalıyıq və yaradırıq", - deyə Tadevosyan bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















