Ziya Məmmədovun bacısına vəzifə verildi – Rəsmi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə məlumatı Axar.az-a Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.
Kollecdən bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb:
"Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq "Azpolitika.info” saytı yaymışdı.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılıb. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi Bakı Tikiş Evi tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlərin olduğu göstərilirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















