Artur Rasizadə həmkarı ilə belə zarafatlaşdı

Xəbər verdiyimiz kimi, ötən gün Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb. Aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.
"Qafqazinfo" xəbər verir ki, bolqar baş nazir feysbuk səhifəsində ilk uçuş gününün görüntülərini paylaşıb. Video görüntü Borisovun həmkarı Artur Rasizadə ilə maraqlı dialoqu ilə yadda qalıb.
Nazirlər uçuş saatının başlamasına qədər gözləmə zalında əyləşiblər. Borisov və Rasizadə zarafatla biletsiz və pasportsuz olduqlarını bildiriblər. Daha sonra bolqar nazir uçuşun nə zaman başlayacağını soruşub. Rasizadə isə "bilmirəm, mən özüm də burada qonağam” deyib.
Sonda isə jurnalistlər Rasizadəyə selfie çəkdirmək istədiklərini bildiriblər, baş nazir isə onların xahişini rədd etməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















