• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvanın yeni təklifi: 5 rayon qaytarılır

Moskvanın yeni təklifi: 5 rayon qaytarılır
16.01.2018 16:52
Azərbaycan tezliklə Qarabağda müharibəyə başlaya bilər

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli üzrə vacib saydığı mərhələli həll istənilən halda 5 rayonun Azərbaycana qaytarılması deməkdir. 

İstiPress-ə müsahibəsində bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Məsələ bundadır ki, Sergey Lavrov dünən Moskvada bəyanat verərək  Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin vacibliyini vurğulmışdı. Rusiya XİN başçısı həm də Azərbaycanla strateji tərəfdaşlıqdan razı olduqlarını bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə Lavrovun bu açıqlamasını dəstəklədiyini bəyan etmişdi. Erməni KİV-ləri və ermənipərəst Rusiya mətbuatı isə bunu erməni diplomatiyasının qələbəsi kimi şərh etməyə çalışıb. 

Lakin Qabil Hüseynli ermənipərəst mətbuatın bu iddiaları ilə razılaşmır. Onun sözlərinə görə, münaqişənin həlli üzrə gündəmdə olan işlək mexanizm Kazan razılaşmasıdır. "Kazan danışıqlarına görə, ilkin mərhələdə Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarılması nəzərdə tutulur. Azərbaycan bununla razıdır, amma Ermənistan 5 rayondan çıxmağın əvəzində Dağlıq Qarabağa keçici status verilməsini tələb edir ki, Azərbaycan bununla razılaşmır”, - deyə Qabil Hüseynli vurğulayır.   

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağa keçici statusun verilməsi Azərbaycanın ərazi bütövlüyü baxımından çox təhlükəlidir: "Bu, Dağlıq Qarabağın avtomatik olaraq beynəlxalq subyektə çevrilməsi deməkdir. Bundan sonra keçmiş muxtar vilayətin aqibətinin həlli beynəlxalq danışıqlardan asılı olacaq. Formal olaraq federativ müqavilə bağlayıb Azərbaycanın tərkibinə də girə bilər, amma bu da müvəqqəti olacaq, sonra Helsinki prinsipləri əsasında müstəqilliyini tələb edəcək. Yəni onu Muxtar Respublika Azərbaycanın tərkibinə qaytarmaq çox çətin ola bilər. Buna görə də, Azərbaycan keçici status məsələsi ilə heç cür razılaşmamalıdır”, - deyə Qabil Hüseynli bildirib.

Burada iki variant mümkündür. Ola bilər ki, Ermənistan doğrudanda beynəlxalq təcriddən bezərək 5 rayonun geri qaytarılmasına razılıq verib. Bu, Qarabağ münaqişəsinin həllinin başlanğıcı olmaqla yanaşı, Ermənistanın da xilasının başlanğıcı ola bilər, Türkiyə  və Azərbaycanla sərhədləri açılar, Ermənistana dəmir yolu  əlaqəsi bərpa oluna bilər. Beləliklə, ermənilərin Cənubi Qafqazdan köçü, yəni Qarabağ klanının gerçəkləşdirdiyi qansız soyqırım dayanar. Amma Ermənistan məsələ ilə razılaşmasa, Rusiya bu problemin öz maraqları çərçivəsində həlli üçün Azərbaycana müharibə hüququ verə bilər. Təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bu məsələdə Rusiyanın moderatorluğu ilə razıdırlar və məsələnin bu cür həlli də onları qane edir. Yəni Ermənistan buna razılaşmazsa, tezliklə Azərbaycan ordusunun aprel döyüşlərini daha geniş miqyasda təkrarlamasının şahidi olacağıq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol