• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən İrəvana mesaj: Tarixi torpaqlara qayıdış…

Prezidentdən İrəvana mesaj: Tarixi torpaqlara qayıdış…
08.02.2018 14:48
Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir.

Anews.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir:

"Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident bunun ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməli olduğunu vurğulayıb.

"Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.

Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.

Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol