İrəvanın Bakıya qarşı şok planı: Şirinyandan sərsəm təklif...

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsində aldığı zərbələri uzun müddət yaddan çıxmayacaq. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir.
Publika.az xəbər verir ki, erməni ekspert Azərbaycanın növbəti hücumunu gözləməyin lazım olmadığını, Ermənistanın özünün hücum etməli olduğunu bildirib.
Levon Şirinyanın sözlərinə görə, aprel müharibəsində itirilən Lələ Təpə rəqib üçün rahat mövqe ola bilər və onu qaytarmaq lazımdır.
"Ermənistan bu gündən preventiv müharibə siyasətinə tərəfdar olmağa başlamalıdır. Əgər biz aprel müharibəsinə qədər bu siyasətə tərəfdar olsaydıq, bizdə belə itkilər olmayacaqdı, bir gün əvvəl erməni artilleriyası işləsəydi və düşmən texnikası hələ ilk mövqelərdə məhv edilmiş olsaydı, bizdə qurbanlar olmazdı”, - erməni ekspert iddia edib.
Şirinyan sərsəmləyərək təklif edib ki, Azərbaycan "dağıdılmalıdır":
"Bizdə belə resurslar varmı? Deyirlər ki, xeyr. Amma daha 25 il belə otursanız, bu resurslar olmayacaq. Bu resursları hazırlamaq, təhlükəli hərəkətlərə çox tez-tez qaçmaq lazımdır. Bizim geri çəkilmək şansımız yoxdur”.
Genişmiqyaslı müharibəni mümkün hesab edən politoloqun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.
"Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil”, - Şirinyan qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















