• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Qarabağa gətirmək istədiyi xüsusi ordu - AUDIO

Rusiyanın Qarabağa gətirmək istədiyi xüsusi ordu - AUDIO
01.03.2018 11:41
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın şəxsi hərbi şirkəti olan "Vaqner qrupu” barədə audioyazı dərc edib.

Publika.az xəbər verir ki, bu barədə "Obozrevatel” nəşri məlumat yayıb. Audioyazıdan məlum olur ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı Suriya münaqişəsində "Vaqner qrupu”nun muzdurlarının iştirakını planlaşdırır.

Qeyd edilir ki, audioyazı rəsmi Moskvanın "Vaqner qrupu” ilə bağlılığını sübut edir.

"2015-ci ilin əvvəlində Bəşər Əsədin qoşunlarına dəstək olaraq Suriyaya göndərilmə üçün hərbi kontingentin formatı haqqında məsələ Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyi ilə həll edilirdi. Quru əməliyyatının iki variantına baxılırdı: Rusiyanın nizami qoşunları və ya muzdlu bölmələrindən istifadə. İkincisi pilot layihə kimi Ukraynanın ərazisində reallaşdırılmışdı”, - xəbərdə deyilir.

Ukrayna Təhlükəsizlik Xidmətindən qeyd ediblər ki, qərar "Vaqner qrupu”nun xeyrinə qəbul edilmişdi. Qeyd edilir ki, əsas arqument kimi Suriyada döyüş əməliyyatları zamanı Rusiya hərbi qulluqçularının həlak olmasının doğuracağı mənfi rezonans göstərilib.

Qeyd edək ki, "Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, "Vaqner qrupu” 2014-də Donbasda, sonradan isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. KİV-lər rusiyalı muzdluların Suriyada döyüşlərdə iştirakına dair dəfələrlə sübutlarla çıxış edib. Məsələn, Rusiyanın "Fontanka” nəşri "Vaqner qrupu”nun Suriyada itkilərini onun tərkibində vuruşanlara istinadən bir neçə dəfə yazıb.

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, bu ordunun Rusiya Müdafiə Nazirliyi Baş qərargahı yanında Baş

Kəşfiyyat İdarəsinə (QRU) bağlı olduğu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.

"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.

Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.

Lakin bütün bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin araşdırmalarını "mif” adlandırıb. Hətta, Moskva ötən ay Suriyada yüzlərlə Rusiya muzdlusunun öldürülməsi barədə xəbərləri də təkzib edib.

Qeyd edək ki, fevralın 7-də Suriya ordusu tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın vertolyotlarından atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.

Bir başqa iddiaya görə, Suriya ordusu tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. İtkilərin sayı barədə isə informasiyalar fərqlidir. Bəzi KİV-lərin yazdığına görə, hücum nəticəsində 100-dən çox döyüşçü ölüb.

Lakin rusiyalı vəkil Mark Feyqin fərqli bir iddia səsləndirib. Vəkil Tvitter səhifəsində yazıb ki, ABŞ-ın aviazərbələri nəticəsində Rusiyanın şəxsi hərbi şirkəti olan "Vaqner qrupu” 215 nəfər itki verib.

"”Vaqner qrupu”ndakı insanlarla ünsiyyət saxlayan şəxs bildirdi ki, Suriyada Fərat çayının sahilində ölən muzdluların sayı 215 nəfər olub”, - o yazıb.

Bəzi mənbələr isə "Vaqner qrupu”nun 300-dən çox muzdlusunun aviazərbələr nəticəsində öldüyünü bildiriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol