İlham Əliyev bu məmurlara MÜRACİƏT EDİB

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayı başlayıb.
Anews.az "Report”a istinadən xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.
Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.
Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.
Qurultay davam edir.
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















