Nazir keçmiş səfiri rəis təyin etdi

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Faiq Bağırov yeni vəzifəyə təyinat alıb.
Modern.az-ın xəbərinə görə, keçmiş səfir Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəisi təyin olunub.
Faiq Bağırov sayta açıqlamasında xəbəri təsdiqləyib: "Xəbər doğrudur. Hazırda Konsulluq İdarəsinin rəisi vəzifəsində işləyirəm. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum”.
Qeyd edək ki, Faiq Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında prezident İlham Əliyev F.N.Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Daha əvvəllər isə o, Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















