Paşinyandan Qarabağla bağlı AĞLASIĞMAZ AÇIQLAMA

"Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək”.
Publika.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, "Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.
"Yüksək vəzifəli şəxslərin əmlakının rəsmən elan edilməsi sistemi elə dəyişdiriləcək ki, insanlar məmurların nə qədər sərvətə malik olduğunu bilsinlər. Zəmanət verirəm ki, sabahdan Ermənistanda inhisarçılıq olmayacaq və heç kimə idxal üçün qadağa qoyulmayacaq. Biz yeni qanunları qəbul etməyəcəyik, sadəcə qanunsuz qadağaları aradan götürəcəyik”, - Paşinyan deyib.
Onun sözlərinə görə, bütün bunlar Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu həm də Dağlıq Qarabağ münaqişəsinin "ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.
Paşinyan parlament tribunasından elan edib ki, onun baş nazirliyi dövründə hamı qanun qarşısında bərabər olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















