• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan gəlir və Ordumuz Qarabağa girir? – 4 nüans

Paşinyan gəlir və Ordumuz Qarabağa girir? – 4 nüans
03.05.2018 13:58
İngilis jurnalist Yaponiyanın Baş naziri Şinzo Abeyə deyir ki, ABŞ 1945-ci ildə sizə atom bombası atdı, yüzminlərlə insan həlak oldu, ancaq bu günə qədər bir dəfə də olsun Amerikanın əleyhinə bəyanat verməmisiniz.

Baş nazir ona bu cavabı verir: "Bəyanat vermək bacarıqsızlar üçündür. Bu gün Amerika prezidenti bizim istehsal etdiyimiz "Panasonik” telefonundan, aparatlardan istifadə edirsə, deməli, biz qalib gəlmişik”.

Bu tarixi cavabın fonunda bizim toplumun ermənilərə qarşı tutduğu mövqe çox bayağı görünür. Bu yanlış mövqelə bağlı bir neçə nümunə çəkim.

Birinci səhv

Sosial şəbəkədə tez-tez İbad Hüseynovun erməni terrorçunun (Melkumyan) kəsilmiş başı ilə fotosu paylaşıb, "gənclərimiz, uşaqlarımız nümunə götürsün” yazırlar. Görün, uşaqlara, gənclərə nəyi nümunə göstərirlər. Baş kəsməyi nümunə götürən uşaq heç vaxt öz cəmiyyətinə faydalı ola bilməz. Bu uşaq potensial qatil kimi yetişəcək. Sabah kəsməyə erməni başı tapmayanda öz qonşusunun, sevdiyinə qoşulub qaçan bacısının başını kəsəcək.

İkinci səhv

Çoxunun dilinə düşmüş yanlış şüar: "Gərək hər bir azərbaycanlı erməni dilini öyrənsin”. Axı, bizim nəyimizə lazımdır 2-3 milyonluq bir xalqın dilini bilmək? Bununla nə əldə edəcəyik? Məsələ informasiya savaşıdırsa, bunun üçün müəyyən qurumlar yaradılıb, onlar mübarizə aparırlar.

Hazırda dünyada ingilis dili erasıdır. Uşaqlara dünyanın aparıcı dillərini öyrənməyi aşılamaq lazımdır. Cəmiyyətin inkişafı, intibahı üçün bu, vacib şərtdir. Mübarizə Qarabağ mübarizədirsə, bunun üçün də dünyanın güc dövlətlərinin dilində danışmaq vacibdir, ermənicə yox.

Erməni dilini öyrənən adam, uzağı, gedib sosial şəbəkədə ermənilərlə söyüşəcək, ya da bir erməni qızı ilə yazışıb, sevgili olub, qaçıb Rusiyada evlənəcək. Onu da vətən xaini elan edəcəklər.

Üçüncü səhv

Azərbaycan və Ermənistan insanı 25 ildir bayraq tapdalamaqla məşğuldur. Tərəflər hər dəfə bir-birlərinin bayraqlarını tapdalayır, yandırır, zibil qutusuna vurur.

Burda bəsit bir sual ortaya çıxır: sənin düşmən ölkənin bayrağını yandırmağının yaşadığın cəmiyyətə, özünə hansı faydası var?

Cavab: heç bir faydası yoxdur.

Normalda toplum erməni bayrağını yandırmaq əvəzinə, Azərbaycan bayrağını elm, mədəniyyət və başqa sahələrdə daha yüksəklərə qaldırmaq haqda düşünməlidir. Bunun həm fərdin özünə, həm yaşadığı cəmiyyətə, həm də bəşəriyyətə faydası olar.

Daha bir sadə sual: bu günə qədər yüzlərlə şəxs Ermənistan bayrağını yandırıb. Hansının adı tarixdə qalıb?

Heç birinin.

Dördüncü səhv

Biz ermənilərlə saçyolduya çıxmağı buraxıb, mədəni, elmi sahədə inkişaf etməli, özümüzü düşünməliyik. Artıq Ermənistan ictimaiyyəti uzun illərdən sonra ilk dəfə özünü düşünməyə başlayıb. Biz isə yenə də onları düşünürük: Paşinyanın ölkədə inqilab başlatmasının İrəvandan çox Bakıda həyəcanla izlənilməsi buna sübutdur. Toplumda belə fikir yaranmışdı ki, Paşinyan gələn kimi Qarabağı azad edəcək. Və ya Paşinyan gələn kimi ordumuz Qarabağa girəcək. Lakin Rusiyanın əli sarıqlı, beli çantalı "məktəbli uşağı” Paşinyanın Qarabağ planının daha radikal olduğu üzə çıxdı. Əslində, Qarabağın azad edilməsində erməni dilinin ümidinə qalan toplumun, inqilabçı Paşinyandan mədət umması gözlənilən idi.

Bir aşkar həqiqəti başa düşmək lazımdır: Qarabağın azad edilməsi üçün Ermənistanda yox, Böyük Rusiyada hakimiyyət dəyişikliyi olmalıdır. Biz erməni dilini öyrənməklə, bayrağını yandırmaqla, baş kəsməyi nümunə götürməklə ciddi nəsə əldə edə bilmərik. Güclü cəmiyyətə çevrilmək üçün mədəni-elmi tərəqqiyə nail olmaq şərtdir.

Yekun: Dörd səhv bir düzü aparır. O bir düz bizik – gözəl, dəyərli Azərbaycan insanı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol