Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı - VİDEO

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Bill Klinton Heydər Əliyevlə görüşünün videosunu yayımlayıb.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, Bill Klinton 1 avqust 1997-ci ildə prezidentlik dövründə Azərbaycanın sabiq prezidenti, Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bill Klinton həmin qəbulun görüntülərini adına olan rəsmi sosial şəbəkədə paylaşıb.
Paylaşımda isə belə qeyd edib: "Bu mənim Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşümdən görüntülərdir. Bu görüntülər Ağ Ev-də çəkilib və hazırlanmış rəsmi ictimai qeyddir”.
Görüntülərdə isə Bill Klintonla Heydər Əliyevin vergi ilə bağlı zarafatı xüsusi diqqət çəkib. Belə ki, ABŞ şirkətlərinin Azərbaycana investisiya cəlb edilməsi üçün Heydər Əliyev Bill Klintonla ayaq üstü söhbət edib. Bu zaman Bill Klinton zarafata, gülüşlə Azərbaycanda verginin çox olduğunu dilə gətirib. H.Əliyev isə cavab olaraq belə deyib: "Yox. Biz vergini sizə görə azaltmışıq. Sizi həvəsləndirmək üçün...”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















