• $
  • €
  • ₽
  • ₺
  • £

Alman kommunistlərdən Qarabağ tələbi

Alman kommunistlərdən Qarabağ tələbi
21.10.2014 18:31
Almaniya Bundestaqında Die Linkenin rəhbərlik etdiyi kommunist fraksiyası Federal Hökumətdən Dağlıq Qarabağ münaqişəsinin nizama salması və Almaniyanın bu prosesdə hansı rol oynadığı və nə iş görə biləcəyi ilə bağlı ətraflı hesabat tələb edir, Oxu.Az bu barədə “Vestnik Kafqaza” istinadən xəbər verir.Sorğuda BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq, Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanınması və qəbul olunması, Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun da işğalçılar tərəfindən tutulması göstərilir.Die Linke fraksiyası, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan ilə intensiv münasibət saxladığı üçün, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesidə Moskvanın istisna rolunu qeyd edir. “Azərbaycan ilə Rusiya son illərdə iqtisadi və siyasi əlaqələrini genişləndirib. Eləcə də hər iki dövlət Dağıstan ərazisinə xaricdən silahlı qiyamçıların daxil olmasının qarşısını almaq üçün sərhədlərin qarşılıqlı qorunması məsələsinə dair sıx əməkdaşlıq edirlər”, - məktubda deyilir.“2011-ci ildə Birləşmməmk hərəkatına qoşulan Azərbaycan Gürcüstandan fərqli olaraq NATO üzvlüyündə maraqlı deyil. Bu fonda Rusiya münaqişə tərəflərinin maraqları arasında tarazlıq axtararmağa və münaqişəni beynəlxalq hüquq normalarına müvafiq olaraq həll etməyə səy göstərməyə başladı”, - Die Linke fraksiyasında belə hesab edirlər. Moskvanın xüsusi statusu və münaqişə tərəflərinə təsirini nümanəsi olaraq alman parlamentariləri erməni və azərbaycan qoşunlarının təmas xəttində bu il avqust ayında kəskinləşmiş vəziyyəti misal göstərirlər: “Rusiyanın təşəbbü sü ilə baş tutmuş Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün məqsədi cəbhə xəttində vəziyyətin sabitləşməsinə və gələcəkdə baş verəcək hərbi qarşıdurmanın aradan qaldırılması idi”. Bunu nəzərə alaraq. Alman kommunistləri, AFR  hakimiyyətindən, Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğu halda, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində sülhməramlı səylərini nə dərəcədə dəstəklədiyi ilə maraqlanıblar.Ümumiyyətlə, hökumətə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı 40 sual ünvanlanıb. Suallar arasında 2011-ci ildə mart ayının 8-də cəbhə xəttində yerləşən Orta Qarvənd kənd sakini səkkiz yaşlı azərbaycanlı oğlan Fariz Bədəlovun qətlinin istintaq nəticələri ilə də maraqlanıblar.   Bundan başqa sorğuda işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz yerləşdirilməsi, Dağlıq Qarabağda tanınmamış de-fakto rejimində aeroportun açılması, eləcə də ABŞ tərəfindən qarabağ rejiminin birbaşa maliyyələşdirilməsi məsələlərinə toxunulub.Almaniya qanunvericiliyinə görə, hökumət 14 gün ərzində parlament üzvlərinin sorğusuna cavab verməlidir. Lakin fraksiya üzvləri sorğunun ciddiliyini nəzərə alaraq cavab müddətinin uzadılması ilə razılaşıblar. “Vestnik Kafqaza” isə öz növbəsində bu sorğuya AFR hakimiyyətinin verdiyi cavab barədə oxuculara informasiya təqdim edəcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol