İTV-nin Tavuşdan inanılmaz reportaj: erməni-azərbaycanlı dostluğu - VİDEO

Ermənistan İctimai Televiziyası "Keçmişin dostluğu və bu günün düşmənçiliyi” başlıqlı reportaj təqdim edib.
Kult.az xəbər verir ki, reportajda ermənilərlə azərbaycanlılar arasında Qarabağ müharibəsindən əvvəlki əlaqələr və gələcəkdə bu dostluğun bərpasından bəhs olunub. Televiziya hazırladığı reportajda xüsusi olaraq Tavuş vilayətinin sərhədyanı Aygepar kəndinin sakinlərini danışdırıb. Reрortajda erməni kəndinin sakinləri sovet dövründə Azərbaycanın Əlibəyli kəndinin sakinləri ilə necə dostluq əlaqələri qurmalarından bəhs ediblər.
Reрortajda həmçinin iki xalq arasında münasibətlərin bərpasına nümunə kimi gürcülərlə osetiyalılar arasındakı əlaqə göstərilib. Jurnalist hazırladığı reportajında həmçinin Qarabağ konfliktini "ərazi konflikti” də adlandırıb.
Qeyd edək ki, erməni tərəfi indiyə qədər Qarabağ konfliktini etnik münaqişə kimi göstərməyə çalışır və bununla Azərbaycan ərazisində erməni ordusunun mövcudluğu məsələsini diqqətdən yayındırmağa çalışır.
Bundan öncə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdən sonra hər iki tərəf xalqlarını sülhə hazırlamaq barədə bəyanat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















