• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan Əliyevin şərtinə razılaşdı” - Nazarbayev

“Ermənistan Əliyevin şərtinə razılaşdı” - Nazarbayev
10.10.2014 21:11
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü razılaşdırılıb.Virtualaz.org saytı xəbər verir ki, bu barədə Minskdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. Onun sözlərinə görə, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb.“Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub” - deyə Nazarbayev bildirib.Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə yoxdur.Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir.Nazarbayevin bu bəyanatından sonra Serj Sərkisyan möhkəm pərt olmuşdu. İndi belə məlum olur ki, Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb, nəticədə Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol