• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxülislamla Patriarx Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Şeyxülislamla Patriarx Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
26.09.2014 23:45
"Provaslav dünyası ilə müsəlman Azərbaycanı arasında münasibətləri yaxşılaşdırmağa ehtiyac yoxdur.Çünki münasibətlər olduqca yaxşıdır"."Provaslav dünyası ilə müsəlman Azərbaycanı arasında münasibətləri yaxşılaşdırmağa ehtiyac yoxdur. Çünki münasibətlər olduqca yaxşıdır".  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill bildirib. Patriarx Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə arasında gözəl və mehriban münasibətlərin mövcud olduğunu söyləyib: "Biz daim bir-birimizlə işgüzar əlaqədəyik. Üzərində işlədiyimiz məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir: “Biz problemin üzərində ermənilərin katalikosu ilə birlikdə işləyirik. Bu gün də biz münaqişənin həlli istiqamətində bundan sonra nə kimi işlər görə biləcəyimizi müzakirə etdik. Yaxın və Orta Şərqdə baş verən proseslər də müzakirə mövzusu oldu. Hansı ki, həmin proseslər bu gün bütün dünya üçün təhdid sayılır. Radikal qüvvələr dini amildən istifadə edirlər. Bütün bu baş verənlər müsəlman Azərbaycanı və provaslav Rusiyanı çox narahat edir". Patriarx Kirill Bakiya səfərinin gündəmdə olduğunu, lakin hələ konkret tarixin müəyyənləşmədiyini də söyləyib. Qafqaz Müsəlmanları İdarəsini sədri Allahşükür Paşazadə də patriarx Kirillə keçirdiyi görüşdən məmnun qaldığını söyləyib: "Bugünkü görüşdə təkcə müsəlman Azərbaycanla provaslav Rusiya arasında dini münasibətlərin deyil, bütün Yaxın və Orta Şərqdə baş verən münaqişələrin sülh yolu ilə həlli müzakirə olundu. O cümlədən Dağlıq Qarabağ münaqişəsi və Ukraynada baş verən prosesləri və onların sülh yolu ilə həlli yollarını müzakirə etdik".

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol