• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan Tiflisə zərbə hazırlayır – SENSASİYA

İrəvan Tiflisə zərbə hazırlayır – SENSASİYA
28.05.2020 23:38
Son günlər Gürcüstanda sərhədləri Keşikçidağ məbəd-kompleksinin (David Qareci monastırı) tamamilə Gürcüstan ərazisində qalacaq şəkildə "düzəltmək” çağırışları səsləndirilir. Əfsus ki, bu cür "tərəfdarlar” bir qayda olaraq tarixi pis bilirlər. Pravoslavlıqda "milli” anlayışı yoxdur. Pravoslav kilsəsinin nöqteyi-nəzərindən erməni kilsəsi kimi bidətçi dini təşkilatlar "milli” hesab edilir.

Bu barədə mətbuata gürcü politoloq və ictimai xadim Georgi Çiklauri son dövrdə Azərbaycan-Gürcüstan sərhədinin demarkasiya edilməmiş hissəsində yerləşən Keşikçidağ məbəd-kompleksinin ərazi mənsubiyyətinə dair məsələlərə münasibət bildirərkən deyib.
Azərbaycan tərəfinin arqumentlərindən biri sözügedən memarlıq abidəsinin Azərbaycan tarixinin xristianlıqla bağlı hissəsinə mənsubluğudur. Bu isə Azərbaycanın hələ antik dövrdən məlum olan sakinlərinin – albanların adı ilə bağlıdır.

"Azərbaycanda ölkənin, xüsusilə də Qafqaz Albaniyası dövlətinin xristian keçmişinə maraq artır. Buna yalnız sevinmək olar. Çünki həmin vaxt alban və gürcülər uzun müddət dindaş olublar. Pravoslav albanlar dua etmək üçün Msxetiyə, pravoslav gürcülər isə Qəbələyə gəlirdilər. Onlar arasında "hansı kilsə harada başlayıb harada bitir” məsələsi ümumiyyətlə olmayıb”, - ekspert bildirib.

Ekspertin sözlərinə görə, problem yalnız bidətçi ermənilərin hiylə və xəyanətlə Alban kilsəsinə öz monofizitliklərini yeritməsi ilə başlayıb.
"Albanların böyük bir hissəsi bidət olduğu üçün qəbul etmədi və yekunda məhz inancın təhrif edilməsinin qəbuledilməzliyi onların müsəlman olmasına səbəb oldu. Bu cür nümunələr tarixdə çoxdur. Həmçinin Bosniyadakı serblər yerli hakimlərin burada Ermənistandan gəlmə Boqomil bidətçiliyini yeritməsindən sonra müsəlman oldular”, - Çiklauri bildirib.

"Xoşbəxtlikdən Keşikçidağ pravoslav monastırı kimi qorunub saxlandı. Böyük ehtimalla onun sakinləri arasında pravoslavlığa sadiq qalan albanların nəvələri var.
David Qareci monastırının yalnız gürcü deyil, eyni zamanda alban monastırı olmasına qəzəblənməkdənsə, Azərbaycanda öz əcdadlarının pravoslavlığına marağın yaranmasına sevinmək lazımdır”, - ekspert qeyd edib.

Sərhədin Gürcüstan tərəfinin lehinə dəyişməsini istəyən həmin "tərəfdarlar” üçün Çiklauri pravoslav kilsəsinin müasir tarixinə aid bir nümunəni yada salıb. Pskov-Peçora monastırı Rusiyanın müqəddəs məbədidir və burada rahib həyatı ən qədim dövrdən etibarən dayanmadan davam edir. Bu monastırı tez-tez aparıcı rus siyasətçiləri, o cümlədən Putin ziyarət edir. Heç kim isə özünə bu sualı vermir: monastır niyə saxlanılıb?

"Məsələ burasındadır ki, 1920-ci ildə Pskov-Peçora monastırı Sovet Rusiyanın deyil, Estoniyanın ərazisində idi. Düşünək ki, həmin vaxt "tərəfdar”lar peyda olur və istənilən yolla rus monastırının Rusiyaya qaytarılmasını tələb edirlər. Məhz bu vaxt isə Rusiyada monastırların bağlanması, rahiblərin qovulması, ruhaniliyə qarşı repressiya kompaniyası aparılırdı. Monastırları yalnız bağlamaq deyil, hətta dağıda da bilərdilər. Çünki 1939-cu ildə SSRİ ərazisində bir dənə belə olsun fəaliyyətdə olan monastır qalmamışdı. Təəssüf ki, bu bir çox rus məbədinin başına gəldi. Ən çətin dövrləri Estoniyanın tərkibində keçirdikdən sonra Pskov-Peçora monastırı onunla birlikdə kilsələrin təqibinin başa çatdığı 1939-cu ilin sonunda SSRİ-nin tərkibinə qayıtdı”, - gürcü ekspert bildirib.
O, həmçinin Pskov-Peçora monastırının məhz kişi monastırı kimi qayıtmasının Lavrenti Beriyanın adı ilə bağlı olduğunu xatırladıb:
"Nəticədə SSRİ-nin tərkibinə daxil olduqdan sonra Estoniya monastır ərazisini RSFSR-ın tərkibinə verdi, Pskov-Peçora monastırı isə həmin dövr üçün Rusiya ərazisində fəaliyyətdə olan yeganə monastır oldu”, - Çiklauri bildirib.

Sonda isə Çiklauri Gürcüstanın AB-yə yaxınlaşmağa köklənməsinə, eyni zamanda ermənilərin 465 gürcü kilsəsinə qarşı rəsmi iddiaları ilə bağlı Avropa məhkəmələrinə müraciət etmək niyyətlərinə diqqət çəkib.
"Şübhə yoxdur ki, məhkəməyə verəcəklər. Bax, təhlükə də buradadır! Ölkənin AB-yə üzv olmasından sonra Avropa məhkəmələrinin gürcü kilsə və monastırlarını erməni bidətçilərinə verməyəcəyinə qarşı zəmanət haradadır? O zaman gürcülərin ziyarət edə biləcəyi yeganə monastır Azərbaycan ərazisində yerləşən Keşikçidağ olacaq”, - Çiklauri fikrini tamamlayıb.(axar.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol