• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Azərbaycanla viza rejiminə keçdi

Gürcüstan Azərbaycanla viza rejiminə keçdi
09.09.2014 18:33

Gürcüstan Azərbaycanla viza rejiminə keçib. ANN.Az-ın Aktual.az-a istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən Gürcüstan ərazisində fəaliyyət göstərən Azərbaycan şirkətlərinə müraciət ünvanlanıb.  Müraciətdə deyilir: "1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Gürcüstanın “əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununa əsasən ölkənin miqrasiya siyasətinə bir çox dəyişikliklər edilib. Qeyd edilən dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlarına da şamil edilib. Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşları Gürcüstan ərazisində vizasız olaraq hər 180 gün ərzində 90 gün qanuni formada yaşaya biləcəklər. Qanunsuz formada 90 gündən artıq Gürcüstan ərazisində qaldıqda 180 lari (bu günün məzənnəsi ilə 81 manat), 180 gündən çox qaldıqda isə 360 lari (bu günün məzənnəsi ilə 162 manat) məbləğındə cərimələnəcəkdir. Azərbaycan Respublikası vətəndaşları 1 sentyabr 2014-cü il tarixindən sonra Gürcüstan ərazisində 90 gündən artıq qalmaq üçün, ölkə ərazisinə daxil olmadan əvvəl Gürcüstanın Bakı şəhərindəki Səfirliyinə və ya Gəncə şəhərindəki Baş Konsulluğuna müraciət edərək viza almalı və qeyd olunan viza ilə ölkə ərazisinə daxil olduqdan sonra Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edərək yaşayış hüququ almalıdırlar. Əlavə olaraq bildirmək istərdik ki, cari ilin 1 sentyabr tarixinədək Gürcüstan ərazisinə gəlmiş və ölkə ərazisini tərk etməmiş Azərbaycan Respublikası vətəndaşları 90 gündən artıq Gürcüstanda qalmaq üçün Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə müraciət edərək viza ala biləcəklər". ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol