• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarovun qızı “Bentley” avtomobili ilə qəzaya düşüb

Araz Ağalarovun qızı “Bentley” avtomobili ilə qəzaya düşüb
07.08.2019 10:44
Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun qızı Sabina Ağalarova idarə etdiyi "Bentley” avtomobili ilə qəzaya düşüb.

Virtualaz.org xəbər verir ki, hadisə Moskvada baş verib.  Xanım Ağalarovanın idarə etdiyi avtomobili arxadan "QAZel” markalı yük avtomobili vurub.
"Ağalarova Moskva küçələrində bahalı "Bentley” avtomobili ilə gedirdi. Hansısa məqamda onun avtomobilini arxadan "Qazel” vurub”,-"Beşinci kanal” xəbər verir. Mənbə bildirir ki, Sabina Ağalarova hadisədə "Qazel” sürücüsünü günahkar sayır.

"Biz svetoforda qırmızı işıqda dayanmışdıq, bu vaxt arxadan yük maşını bizi vurdu. Hamımız sağ-salamatıq, heç kim xəsarət almadı”,-Ağalarovanın sözlərini "Komsomolskaya pravda” sitat gətirir. Məlumata görə qəza zamanı həmin "Qazel”i arxadan TIR vurub, bu maşının sürücüsü svetoforun qırmızı işığını yaşıl işıqla səhv salıb. Qəzada heç kim xəsarət almayıb. Faktla bağlı yol patrul polisi araşdırma aparır.
Sabina Ağalarova İnstagram ulduzu kimi tanınır. O, Amerikada təhsil alıb və yaşayıb. Evlidir, üç uşaq anasıdır.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol