• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Azərbaycana qarşı daha bir hoqqası

Ermənistanın Azərbaycana qarşı daha bir hoqqası
08.08.2019 11:22

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib. 

Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq humanitar təşkilatın rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarları tikintisi barədə təklif irəli sürüb.

Belə ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro həmin istiqamətdə mülki sakinlərə, onların əmlakına "təhlükənin yaranmasından” narahatlıq ifadə edib və bildirib ki, Komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır. Proqram məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, habelə əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan ordusu ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək mövqelərini bir neçə kilometr irəli çəkib, habelə strateji əhəmiyyətli "Qızılqaya” yüksəkliyini tutub. Bu yüksəklikdən Ermənistandan Qarabağa gələn Gorus-Laçın avtomobil yolunu və bir sıra yaşayış məntəqələrini, habelə düşmən ordusunun mövqelərini nəzarətdə saxlamaq mümkündür.

Ermənistan Müdafiə Nazirliyi əvvəlcə Naxçıvan istiqamətində "heç nə baş vermədiyini” israrla bildirsə də daha sonra Azərbaycan ordusunun irəlilədiyini və nəticədə bəzi erməni yaşayış məntəqələrinin atəş altına düşdüyünü etiraf etməli oldu.(Virtualaz.org)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol