• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya tezliklə Qarabağa girir?

Rusiya tezliklə Qarabağa girir?
26.08.2014 16:59
Ermənistan Gömrük İttifaqına girdikdən sonra Rusiya çox rahatlıqla Qarabağa qoşun yeridəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün yazdığı məqaləsində erməni şərhçi Naira Ayrumyan bildirib. Onun sözlərinə görə, Rusiyanın bölgəyə qoşun yeritməsi üçün Ermənistanın heç bir razılığına ehtiyac qalmayacaq.Çünki Ermənistan Gömrük İttifaqına beynəlxalq tanınmış sərhədlərlə, yəni Qarabağsız daxil olacaq. Bundan sonra isə Ermənistan bütün siyasətini Gömrük İttifaqı çərçivəsində quracaq.Naira Ayrumyanın fikrincə, Rusiyanın Qarabağa girməsi üçün elə bir ciddi səbəbə ehtiyac qalmayacaq. Sadəcə, cəbhə xəttində gərginlik başlayacaq və Rusiya keçmiş sovet ərazisində sülhü qorumaq adı altında regiona qoşun yeridəcək. Bundan sonra isə Azərbaycanla Qarabağın geri qaytarılması müqabilində Gömrük İttifaqına daxil olmaq barədə danışıqları başlanılacaq.Ayrumyan Gömrük İttifaqına girmiş Ermənistanın müstəqilliyini tam itirəcəyini vurğulayıb: "Nazarbayev dünən dedi ki, əgər problemlər olarsa, Qazaxıstan istənilən an Avrasiya İttifaqını tərk edəcək. Ermənistan isə özü istəyəndə nə girə bilir, nə də çıxa biləcək".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol