• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov müdafiə nazirləri ilə görüşdü

Vasif Talıbov müdafiə nazirləri ilə görüşdü
19.08.2014 14:21
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvanın blokadada yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclis sədri, bütün bunlara baxmayaraq, muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd edib. O bildirib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, əlahiddə ümumqoşun ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordu üçün ixtisaslı kadrlar hazırlanır.

V. Talıbov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib. Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmaqdan məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İ. Yılmaz Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini söyləyib. İ. Yılmaz ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bəyan edib ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu var.Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstan səfirinin müavini İrakli Svanidze, Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili görüşdə iştirak ediblər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol