• $
  • €
  • ₽
  • ₺
  • £

Latviya naziri: “Bu, böyük haqsızlıq və siyasi ədəbsizlikdir”

Latviya naziri: “Bu, böyük haqsızlıq və siyasi ədəbsizlikdir”
19.08.2014 12:28
“İstər regional, istərsə də beynəlxalq səviyyədə olan fəaliyyətimdə hər məqamda Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsini, Azərbaycana vurulan maddi və mənəvi zərərin Ermənistan tərəfindən mütləq ödənilməsini dəfələrlə bəyan və tələb etmişəm”.

Bunu APA-ya açıqlamasında Latviyanın yeni təyin olunmuş regional inkişaf və ətraf mühit naziri, milliyyətcə azərbaycanlı Roman Naudinş bildirib.O təəssüflə qeyd edib ki, keçirdiyi görüşlərdə Avropada əksər insanların Qarabağ problemi ilə bağlı ətraflı məlumata malik olmamasının şahidi olub: “Çoxları elə bilir ki, münaqişənin adından göründüyü kimi, yalnız Dağlıq Qarabağ işğal olunub. Ətraf 7 rayonun işğalı haqqında isə ümumiyyətlə, xəbərsizdirlər. Mən keçirdiyim istənilən görüşün formatından asılı olmayaraq, qeyri-rəsmi hissədə vaxt ayırıb avropalılara Qarabağ problemi ilə bağlı izahat verirəm. Hərçənd hərdən mənə irad tutulur ki, bu cür söhbətlər rəsmi və vəzifə mənsubiyyətimə uyğun deyil. Amma mən buna yox, reallığın Avropadakı bəzi insanlara çatdırılmasına çalışıram. Axı necə ola bilər ki, XXI əsrdə Avropanın düz qonşuluğunda heç bir əsas olmadan qonşu ölkənin torpaqlarını tutasan və əhalisini də qırasan? Bu böyük haqsızlıq və siyasi ədəbsizlikdir. Mən hər bir imkandan istifadə edib Avropada bu problemlə bağlı həqiqətlərin aydınlaşmasına çalışıram. Çünki mən Latviyanın naziri olsam da, həqiqəti deməliyəm ki, kökümün mənsub olduğu Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalıb”.R.Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır.Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol