• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Əlizadə İlham Əliyevi eşitdi: Növbə kimindir? - SİYAHI

Akif Əlizadə İlham Əliyevi eşitdi: Növbə kimindir? - SİYAHI
23.10.2019 10:56
Gələn ilin fevral ayında 86 yaşı tamam olacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib.
Bu gün AMEA-ya kimin rəhbərlik edəcəyi məlum olacaq. 

Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı nəslin yüksək vəzifəli şəxslərinə ünvanladığı çağırışını eşidən Akif Əlizadəyə hörmət etməyə dəyər. Xüsusilə prezident iki gün əvvəl səhhətinə görə təqaüdə çıxan ölkənin Baş nazirinin keçmiş müavini Hacıbala Abutalıbovla görüşdə qeyd edib ki, 70 yaşına çatmış məmurlar gənclərə yol verməlidirlər.

Onlardan birincisi Akif Əlizadə oldu. 
Eyni zamanda, qeyd etməliyik ki, bu gün hökumətdə və digər dövlət qurumlarında hələ 70 yaşdan yuxarı məmurlar var. Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı var. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova da 81 yaşındadır. 
Prezident Administrasiyasının işlər müdiri Oqtay Şahbazovun 78 yaşı, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var.
Azərbaycan Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə 72 yaşındadır. Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun 71 yaşı var. 

Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev 82 yaşındadır. Ümid edirik ki, onlar da İlham Əliyevin çağırışını eşidəcəklər və tezliklə gənc və istedadlı kadrlara yol verəcəklər.

Yeri gəlmişkən, 70 yaşdan yuxarı şəxslər Azərbaycan Milli Məclisində də təmsil olunurlar. Bunlar vitse-spiker Valeh Ələsgərov (73 yaş), deputatlar Yevda Abramov (71 yaş), Ziyad Səmədzadə (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və Hadi Rəcəblidir (72 yaş).

Bu baxımdan, çox istərdik ki, yeni çağırışda parlamentin tərkibi xeyli yenilənsin və orada işləmək istəyən daha çox gənc deputat meydana çıxsın.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol