• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 81 yaşlı icra başçısı istefa verir?

Azərbaycanda 81 yaşlı icra başçısı istefa verir?
29.05.2020 04:17
Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib.

Belə ki, dövlət başçısının məlum anonsundan sonra Baş Nazirin iki müavininin istefa ərizəsi yazması, prezidentin onları qəbul edərək yüksək ehtiramla yola salması və həmin görüşlərdə səsləndirdiyi fikirlər hakimiyyət komandasında ciddi proseslərin başlamasına rəvac verib.
Xatırladaq ki, İlham Əliyev həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurların öz istəkləri ilə tutduğu postdan ayrılmalarının və yerlərini gənc nəslə ötürmələrinin nümunəyə çevriləcəyinə inandığını bildirmişdi. Məhz bu görüşün ardınca dövlətdə ən yüksək vəzifələrdən birini tutan Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Bu qədər ciddi prosesin ardından ölkə mediası və ictimaiyyəti diqqəti yüksək vəzifə tutan və yaşı 70-i haqlamış şəxslərin üzərinə çəkməyə başladı və onların adları açıqlandı.
Ötən gecə isə gözlənilmədən Xarici İşlər nazirinin müavini Hafiz Paşayev istefa estafetini qəbul edərək vəzifəsindən ayrıldığını bəyan edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını açıqlayıb.

Baş verən sonuncu istefa prosesin müvəqqəti xarakter daşımadığını və son dərəcə ciddi şəkildə davam edəcəyini göstərir.
Görünən odur ki, ilkin mərhələdə yaşı ötmüş məmurların istefaları könüllü şəkildə qəbul olunacaq, sonra bu prosesin məcburi xarakter də daşıyacağı istisna deyil. Bu isə onu göstərir ki, hökumət öz içində islahat aparmaq istəyində israrlıdır. Bu prosesin bir çox ekspertlərin şərh etdiyi kimi kosmetik əhəmiyyət daşımadığı göz qabağındadır.
Bu arada, yeni istefa xəbərlərinin bu gündən gec olmayaraq yayılacağı, ən əsası isə yerli icra orqanlarına da keçəcəyi gələn xəbərlər sırasındadır.
Məlumata görə, bir neçə icra başçısı məlum trendə qoşularaq öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.
Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər  icra başçıları da prosesdən kənarda qalmayacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol