• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin ən çox narazı olduğu icra başçıları: Sıra onlara çatır - SİYAHI

Əhalinin ən çox narazı olduğu icra başçıları: Sıra onlara çatır - SİYAHI
02.11.2019 09:38
Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib. 


 "Yeni Sabah” xəbər verir ki, proses yalnız bu rayonlarla məhdudlaşmayacaq. İddialara görə, 10-dan artıq rayonun icra başçısı dəyişdirilə bilər. Hətta mümkündür ki, proses daha kütləvi hal alsın. Çünki bu dəfəki dəyişikliklərdə təkcə yaş deyil, fəaliyyət də əsas götürülür. Bildirilir ki, yaşlı icra başçıları ilə yanaşı fəaliyyəti qənaətbəxş olmayan, əhalinin daha çox narazılıq etdiyi rayon və şəhər rəhbərləri də əvəzlənəcək.


Ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib. Həmin məlumatda bəzi rayonlardan o cümlədən Balakən, Göyçay, İmişli, Qazax, Sabunçu, Tərtər, Ucar və Zaqataladan daxil olan müraciətlərin sayının artdığı bildirilir. 


Bu məlumatdan sonra bəzi rayonların icra başçıları dəyişdirilsə də yuxarıda qeyd olunan rayonların rəhbərləri yerində qaldı. İndi belə ehtimallar səsləndirilir ki, həmin rayonların icra başçıları da yola salına bilər.


Balakənin icra başçısı İslam Rzayev 2011-ci ildən bu vəzifədə işləyir. Vaxtaşırı onunla bağlı mediada neqativ materiallar dərc edilir. 


Göyçayın icra başçısı Mehdi Səlimzadə 2016-cı ildən bu vəzifədədir. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışıb.  


İmişlinin icra başçısı Vilyam Hacıyev 2012-ci ildən bu rayona rəhbərlik edir. O, bundan əvvəl 6 il Samux rayonunun, 2 il isə Göygöl rayonunun icra başçısı olub. İnternet ressursları Vilyam Hacıyev barəsində yazılan tənqidi materiallarla zəngindir.


Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir. Onunla bağlı da şikayətlərin çox olduğu bildirlir.


Sabunçunun icra başçısı artıq 7 ildir bu rayonda rəhbərdir. Adil Vəliyev də rayonda narazılığa səbəb olan fəaliyyətinə görə medianın "ulduzuna” çevrilib. 


Tərtərin icra başçısı Müstəqim Məmmədov 2014-cü ildən, Ucarın icra başçısı Mənsur Məmmədov isə 2015-ci ildən bu vəzifədədir. Onlar da əhalinin narazılıq etdiyi icra başçıları kateqoriyasına daxildir. Hər halda internet resurslarında onlar barəsində mənfi materialların sayı digərlərindən az deyil və yazılanların heç biri təkzib olunmayıb. Mənsur Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğludur.


Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə 2009-cu ildən rayona rəhbərlik edir. O, bundan əvvəl Qaxın icra başçısı olub. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin adı vaxtaşırı korrupsiya əməliyyatlarında hallandırılır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol