• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Məsimov Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü

Mübariz Məsimov Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü
02.11.2019 11:01
"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin keçirdiyi qəza ilə bağlı ailəsinə səbr diləyir, Oqtay bəyə isə tezliklə ayağa qalxmasını arzu edirəm. Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. İnsanlar durmadan mənə mesajlar və videolar göndərirlər.
 
Məndən Oqtay bəyə kömək etməyimi istəyirlər. Bəziləri məni hətta təhqir edərək nəyə görə kömək etmədiyimə dair məndən hesabat tələb edirlər. Əvvəla, təhqir yazanlara deyirəm ki, sözünüz varsa, ünvanımız hamıya məlumdur. Türkiyədə də, Azərbaycanda da. Mən anlamıram, bu nə söyüşlərdir yazırsız? Sizin evdə ananız, bacınız, nəhayət, ailəniz yoxdur? Biz millət olaraq artıq hörmət və sayqı hissini itirmişik. Bu adamlar azərbaycanlı ola bilməz və bu nalayiq ifadələri yazanları millətimdən saymıram. Təkrar edirəm, mənim üçün müxalifət də, iqtidar da eynidir. Bəziləri "Siz də qoxdunuz?”, "İqtidar sizi də ələ aldı?” – deyə, qəzəbli suallar ünvanlayırlar. Əzizlərim, mən Allahdan başqa heç kimdən qorxmuram! Mən sizin dediklərinizə sadəcə gülürəm. Dəfələrlə demişəm və yenə də təkrar edirəm: "Məni siyasətə qatmayın! Mən iş adamıyam. Mən Azərbaycanlıyam və əgər kiminsə mənə ehtiyacı varsa, onun nə iqtidar, nə də müxalifətçi olmasına baxıram”.

Turkustan.info xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.  O bildirib ki, Azərbaycanda sığorta sisteminin işləməməsinin səbəbi hələ də ona məlum deyil: "Özümüzü dünya miqyasında zənn edirik, amma vətəndaşlar hələ də sığortası olmadan yaşayır. Hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə calışmasından asılı olmayaraq. Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!”
Xatırladaq ki, O.Gülalıyev keçirdiyi avtomobil qəzasından sonra hazırda Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətindədir və onun müalicəsi üçün 7500 manat tələb olunduğu deyilir. Sosial şəbəkələrdə hüquq müdafiəçisinə yardım kampaniyası başladılıb.   
 
/Cebhe.info/


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol