• $
  • €
  • ₽
  • ₺
  • £

68 yaşlı Məzahir Pənahovun da istefa verəcəyi gözlənilir — Yeni sədr Paşayev ola bilər

68 yaşlı Məzahir Pənahovun da istefa verəcəyi gözlənilir — Yeni sədr Paşayev ola bilər
03.11.2019 18:32
Ölkədə aparılan kadr islahatları, uzun müddət eyni vəzifədə qalan və həmçinin pensiya yaşı keçmiş məmurların vəzifədən uzaqlaşdırılması prosesi davam edir.

"Yeni Sabah”ın əldə etdiyi məlumata görə bu proses ölkədə seçki komissiyalarını da əhatə edəcək.

Məlumata görə, ilk addımın Mərkəzi Seçki Komisiyasının sədri, 68 yaşlı Məzahir Pənahovun atacağı gözlənilir. 2000-ci ildən, 19 ildir ki, MSK-nın sədri olan M. Pənahovun yaxın vaxtlarda istefa ərizəsini Milli Məclisə təqdim edəcəyi söylənilir. 

MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Pənahov Azərbaycanda iki vəzifə tutan məmurlardan biridir. 

O, paralel olaraq Bakı Dövlət Universitetinin ümumi fizika kafedrasının müdiri vəzifəsini daşıyır.

Bildirək ki, prosedura görə MSK üzvlərini Milli Məclis parlamentdə təmsil olunan çoxluq, bitərəflər və azlıqda olan partiyaların irəli sürdüyü namizədlər əsasında formalaşdırır. Pənahovun istefasından sonra YAP yeni namizəd irəli sürəcək və ya qurumdakı əvəzedici üzv partiyanın yeni təmsilçisi kimi təsdiq olunacaq. 

MSK-ya rəhbərliyin isə hazırda qurumun üzvü olan Hüseyn Paşayevə həvalə olunacağı ehtimal edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol