• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov Qarabağ münaqişəsindən danışdı: "Ermənistan bunu imzalamayacaq"

Lavrov Qarabağ münaqişəsindən danışdı: "Ermənistan bunu imzalamayacaq"
11.11.2019 15:09
"Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir".

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.  

O qeyd edib ki, məsləhətləşmələrin ilkin mərhələsində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub, lakin hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri danışıqlarda Dağlıq Qarabağın maraqlarını Yerəvanın təmsil edəcəyinə dair qərar verib.

"Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaiqşə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bütün hallarda yekun qərarda bütün bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə İrəvan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromissə hazırlıqdır. 
 
Biz həmsədrlər olaraq çalışırıq ki, kompromiss dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin", - deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib.  

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol