• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Cəbrayılov villasına müştəri tapdı – Məhkəməyə verilməsi deputatı təşvişə salıb

Rafael Cəbrayılov villasına müştəri tapdı – Məhkəməyə verilməsi deputatı təşvişə salıb
22.11.2019 13:03
Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi keçirələcək. 

Yenisabah.az xəbər verir ki, keçmiş deputat noyabrın 28-də Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə iştirak etməyəcəyi təqdirdə onun barəsində məcburi gətirilmə qərarı çıxaracğı gözlənilir. Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bundan əvvəlki prosesə qatılmaqdan imtina edib. 

Keçmiş deputatı məhkəməyə verən isə borc aldığı şəxslərdən biri olan Bakı Dövlət Universitetinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona 200 min dollar borcu var. 

Bu arada redaksiyamıza daxil olan məlumata görə, artıq borclu olduğu növbəti şəxs tərəfindən məhkəməyə verilməsindən təşvişə düşüb. Bu baxımdan, məhkəmə prosesinə qədər borcunu qaytarmaq niyyətindədir. Onun artıq sahibi olduğu dəbdəbəli villasına müştəri tapdığı deyilir. İddialara görə, Rafael Cəbrayılov hazırda villanı boşaldaraq əşyaları özünə məxsus tikililərdən birinə daşıyır.

Bildirilir ki, həmin villa keçmiş deputatın qardaşı Elşən Cəbrayılovun dostlarından birinin adına rəsmiləşdirilib. Elə həmin şəxs də villanı almaq istəyir. Lakin onun təklif etdiyi məbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə başqa müştərilə anlaşıb.

Xatırladaq ki, deputat Rafael Cəbrayılov Təranə Fətəliyeva, Xatirə Nəcəfova və başqa bir neçə şəxsdən külli miqdarda borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.  O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Təranə Fətəliyeva Rafael Cəbrayılovu məhkəməyə verərək qalib gəldikdən və digər borclu şəxslərlə bu məsələni ictimailəşdirəndən sonra o, mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol