• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Qarabağa görə 5 milyard dollar təklif edib” - Sensasion iddia

“Azərbaycan Qarabağa görə 5 milyard dollar təklif edib” - Sensasion iddia
12.08.2014 18:12
Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub.Məlumatda Azərbayanın Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi iddia olunur.Məlumatda deyilir: “Politrus.com saytının prezident İlham Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya görə, Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə hazırdır. Bu, Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. Pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə hazırdır. Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini qanuniləşdirməlidir”.Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ikili vətəndaşlıq verilməsinə müsbət baxmır. Çünki ikili vətəndaşlığa görə məsuliyyət nəzərdə tutulur. Ermənistan tərəfi isə öz vətəndaşlarının 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini istəyir. “Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir” - deyə sayt iddia edir.Qeyd edək ki, Azərbaycanın Qarabağ anlaşmasına görə Ermənistana hansısa formada milyardlarla dollar kompensasiya təklif etməsi barədə söz-söhbətlər çoxdandır dolaşır. Bakı rəsmiləri bir vaxtlar bildirmişdilər ki, Azərbaycan sülh razılaşmasından sonra Qarabağa milyardlarla dollar yatırmağa hazırdır. (Virtualaz.org)

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol