• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-ın deputatlığa namizədlər siyahısı hazırdır – Açıqlama

YAP-ın deputatlığa namizədlər siyahısı hazırdır – Açıqlama
29.05.2020 04:07
"Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”. 

Hokm.az xəbər verir ki, bu barədə 29 noyabrda jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır. Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. "Təhlil əsasında onların fəaliyyəti növbəti seçkilərdə nəzərə alınacaq. Artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bizə bəllidir”.

S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olmayacağı ilə bağlı yayılan siyahılara da münasibət bildirib. O qeyd edib ki, siyahılar havadan götürülüb: "Hər seçki öncəsi belə siyahılar dərc olunur. Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur.
 
Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Bunlar mütəmadi şəkildə partiyada təhlil olunur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”.

Qeyd edək ki, artıq xeyli vaxtdır parlamentin hazırkı tərkibinin ən azı yarısından siyasi hakimiyyətin narazı olduğu barədə mediada xəbərlər yayılırdı.

Hokm.az bildirir ki, növbəti seçkilərdə indiki deputatların ən azı 50 faizi mandatsız qalacaq. Hakimiyyət onların parlamentə düşməsinə "qırmızı işıq” yandıracaq. Milli Məclisin buraxılması, növbədənkənar parlament seçkilərinə gedilməsi, eyni zamanda Siyavuş Novruzovun yuxarıdakı açıqlaması deyilənlərin təsdiqi sayıla bilər.

Böyük ehtimalla hakim partiyanın deputatlığa namizədlər siyahısında indiki deputatlarının ən azı yarısının adı olmayacaq. Bitərəf adlanan və YAP-dan sonra parlamentdə çoxluq baxımından ikinci sırada olan bitərəf deputatların da yarıya qədəri namizəd olmayacaqlar. Qaydaları pozub namizədliyində israr edənlər isə şübhəsiz ki, mandat əldə edə bilməyəcəklər.

Məlumatlara görə, hazırda parlamentdə 1 deputatla təmsil olunan partiyaların da təxminən yarısı növbədənkənar seçkilərdə kənarda qalacaqlar.

Müxalifət düşərgəsi də parlamentin hazırkı tərkibinin əksəriyyətinin dəyişməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. VİP sədri Əli Əliyev bildirdi ki, parlament seçici tərəfindən formalaşmalı, cəmiyyətdəki siyasi tabanı əks etdirməlidir. Əgər ölkədə normal seçki olarsa, parlamentin mövcud tərkibinin 95%-ni xalq onsuz da kənarda saxlayacaq, yəni hakimiyyətin həmin adamları kənarda saxlamasına ehtiyac qalmayacaq.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol