• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlıq eşqinə düşən məşhurlarımız – Puç olan arzular

Deputatlıq eşqinə düşən məşhurlarımız – Puç olan arzular
03.12.2019 08:32
Bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kanpaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.


Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul olur,  hətta ölkənin ictimai-siyasi həyatında da iştirak edə bilirlər. Elə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri arasında da deputat seçilənlər, seçilmək istəyənlər az deyil. Seçilmişlər bəllidir, bəs görəsən deputat seçilmək istəsə də, arzusu ürəyində qalan sənətçilərimiz kimlərdir

Hokm.az "Yeni Sabah”-a istinadən parlament seçkilərində namizədliklərini irəli  sürən və deputat olmaq arzusunu dilə gətirən azərbaycanlı sənətçiləri təqdim edir:

Bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə  parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Xanım ifaçı namizədliyini irəli sürsə də, seçilməyib. O, deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.

Xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. 42 saylı Sumqayıt Seçki Dairəsində namizədliyini irəli sürən xanım ifaçı qalib də gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə, o deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: "Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.

Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə  namizədliyini irəli sürsə də, seçilməyib.
Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib
Namizədliyini irəli sürənlərlə yanaşı, bu arzuda olanlar da var:

Xalq artisti Bilal Əliyev xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: "Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”.

Şou-biznesdə "Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda  olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır.  O, 2 gün öncə  parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: "Sizcə seçkilərdə iştirak edimmi?”


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol