• $
  • €
  • ₽
  • ₺
  • £

Müavinət, təqaüd, pensiya, maddi yardım alanlara ŞAD XƏBƏR - YENİLİK

Müavinət, təqaüd, pensiya, maddi yardım alanlara ŞAD XƏBƏR - YENİLİK
05.12.2019 10:40
Bundan sonra vətəndaşların , şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada  əldə edə bilərlər.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən həmin 6 yeni "e-arayış” xidmətinin təqdim edilməsi tədbirində bildirilib.

Nazirliyin "Bakutel” sərgisindəki bölməsində - DOST stendində keçirilən təqdimat tədbirində qurumun E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.

Bildirilib ki, Prezident  İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin  elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.
Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan "e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də  elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 "e-arayış” növü mövcud idi. "E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə - müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada  real vaxt rejimində əldə edə bilər.

Misal üçün, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində "E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək arayışı istəyən quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Dekabr ayının sonuna qədər daha 8 növdə "e-arayış” xidmətinin hazırlanaraq istifadəyə verilməsi və bu ilin sonuna qədər nazirlik üzrə e-arayış xidmətlərinin sayının 15-ə çatdırılması nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol