• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI

Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI
12.12.2019 16:34
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər. Onlar daha çox işlətdikləri ifadələrə görə gündəmə gəlsələr də, bəzi deputatlar hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan övladları və digər yaxınlarına görə müzakirə olundular.

Təxminən 2 aydan sonra millət vəkili statusunu itirəcək deputatların hüquq-mühafizə orqanlarında işləyən yaxınlarının siyahısını təqdim edirik:

- Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri olan Səttar Möhbalıyevin oğlu və eyni zamanda da bu yaxınlarda vəzifədən azad olunan Prezidentin köməkçisi Əli Həsənovun kürəkəni - İsfəndiyar Möhbalıyev Xəzər rayonu Polis İdarəsinin rəisidir

- Millət vəkili Aqil Abbasın oğlu - Tuncay Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinin rəisidir

- Deputat Elman Məmmədovun oğlu - polkovnik-leytenantı Elşad Məmmədov  Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi

- Millət vəkili, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu - Xəlil Bayramov Qaradağ rayon 10-cu Polis Bölməsinin rəisi

- Deputat Çingiz Qənizadənin oğlu - Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini

- Deputat Flora Qasımovanın oğlu - polis polkovniki Elsevər Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini

- Millət vəkili Sahib Alıyevin qardaşı - Bayram Alıyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi

- Milli Məclisin üzvü Vahid Əhmədovun oğlu - Zəfər Əhmədov Qaradağ rayonunun prokuroru

- Deputat İmamverdi İsmayılovun oğlu - polis mayoru İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisinin imtahan-qeydiyyat şöbəsinin rəisi

- Millət vəkili Hüseynbala Mirələmovun oğlu - polis-polkovniki Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi olub
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol