• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda ermənilər AYAĞA QALXDI: etirazlar davam edir

Qarabağda ermənilər AYAĞA QALXDI: etirazlar davam edir
21.12.2019 15:56
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilər etiraz aksiyalarına başlayıb.

Publika.az xəbər verir ki, etirazçılar işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən yaradılmış qondarma rejimin keçmiş "müdafiə naziri” Samvel Babayanın tərəfdarlarıdır.

Onlar Babayanın qondarma rejimin gələn il keçiriləcək "prezident seçkilərində” iştirak edə bilməsi üçün vətəndaşlığının bərpa edilməsini tələb edirlər.

Qeyd edək ki, bu ilin fevralında Babayan separatçı rejimin "prezidentliyinə” namizədliyini açıqlayanda onun vətəndaşlıqdan məhrum edildiyi məlum olub. Buna səbəb onun Sarkisyanın dövründə prezidentə sui-qəsd cəhdində ittiham edilməsi idi. Vətəndaşlıqdan məhrum edilməsi onun "seçkilərdə” iştirakının qarşını alır, lakin Babayan və tərəfdarları məhkəməyə müraciət edərək, bu əngəli aradan qaldırmaq istəyirlər.

"Mən ümid edirəm ki, indiki hakimiyyət keçmiş hakimiyyətdən fərqli olaraq, bu cinayəti dəstəkləməyəcək”, - Babayan bildirib.

Babayanın mətbuat xidmətinin bəyanatında deyilir ki, "Kuluarlarda məhkəməyə məsələ ilə bağlı mənfi qərar çıxarılması üçün təzyiq edilir. Bu yolverilməzdir”.
Bundan sonra Babayanın tərəfdarları işğal altındakı Xankəndində etirazlara başlayıblar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol