• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyev danışdı- Yunus kimdir, mənə nə olub ki?

Elmar Vəliyev danışdı- Yunus kimdir, mənə nə olub ki?
29.05.2020 05:03
Gununsesi.org 
Xəbər verdiyimiz kimi 2018-ci ildə sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır.

Prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

Bu olayla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.org istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib.

Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində elmar Vəliyevin səhhəti ilə bağlı bir -birinə zidd fikirlərn yayılıb.

Məhkəmə öncəsi Gununsesi.org-un əməkdaşı Elmar Vəliyevlə danışa bilib.

Sabiq icra başçısı ilə telefon söhbətimizi olduğu kimi təqdim edirik:

Salam Elmar müəlim.

Kimdir?

"Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir? 

Yaxşıyam. Nə olub ki?

Yəqin ki, xəbəriniz var,  Yunus Səfərov məhkəmə  qarşısına çıxarılır…

Yunus kimdir?

Sizə sui-qəsd cinayətini törədən şəxs…

Hə, nə istəyirsən?

Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi? 

Nə məhkəmə e, sən kimsən?

Dedim axı, jurnalistəm...

Sonuncu replikamızdan əsəbləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra telefonun dəstəyi asıldı.

(Gununsesi.org )

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol