• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı - VİDEO

Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı - VİDEO
29.05.2020 02:58
Xəbər verildiyi kimi,  80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib. 
 
AZXEBER.COM hadisənin təffürratlarını öyrənmək üçün Çingiz Qənizadə ilə əlaqə saxlayıb. 

O baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:
 
"Bu hadisə dünən yox, o biri gün, İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar "Mən Qarabağda vuruşmuşam 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?” kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı. 

Çingiz Qənizadə bu hadisənin təsadüf olduğuna inanmadığını deyib:

"Onu deyə bilərəm ki, bu mənə qarşı hazırlanmış qara pr-dır. Burada bir neçə namizəd var və onlar hər vasitə ilə çalışırlar ki, mənə mane olsunlar. Güclü rəqibi sıradan çıxarmaq üçün ümidlərini "youtube"yə bağlayıblar. Və bu vasitə ilə qara pr aparırlar.

Çingiz Qənizadə deyib ki, seçicilər onun yanındadır: 

"Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm. Mən elə hesab edirəm ki, deputat olduğum müddətdə açıq və əlçatan deputat olmuşam və seçicilərimin mənə sevgisi var. Videoya baxan hər kəs görür ki, mən o görüntülərdə heç bir kobudluq etməmişəm. Bu təxminən 10 nəfərə yaxın, xüsusi öyrədilmiş və kənddə nüfuzu olmayan insanların atdığı addımdır. Bu qara pr-dır. Biz bu kimi hallara öyrəşmişik. Son olaraq səs seçicinindir. Kim seçici ilə yaxşı işləyəcəksə, seçim də o olacaq. Mən ümid edirəm ki, seçici ədalətli seçim
 

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol