• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli — "Qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub"

Hadı Rəcəbli — "Qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub"
14.02.2020 12:51
Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.

"Qafqazinfo” xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.

Bildirək ki, H. Rəcəbli ilə H. Mirələmov 65 ildir ki, dostdurlar. Hər iki şəxs orta məktəbdə bir oxuyub. Onların parta arxasından başlayan dostluğu Milli Məclisin iclas zalına qədər davam edib. Belə ki, hər iki şəxs 3 çağırış bir stol arxasında əyləşiblər.

H. Rəcəbli mətbuata müsahibələrində Mirələmovla dostluğu barədə maraqlı fikirlər də söyləyib:

"Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur. Anam Hüseynbalaya "böyük oğlum” deyərdi. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub. Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib.
 
Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.

Sosial şəbəkədə isə hamı bu dostluqla bağlı  "Bir başladılar, bir getdilər” deyir...
Qeyd edək ki, Hadı Rəcəbli 5 çağırış, Hüseynbala Mirələmov isə 3 çağırış deputat olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol