• $
  • €
  • ₽
  • ₺
  • £

8 milyonluq borc qalmaqalı ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən RƏSMİ AÇIQLAMA

8 milyonluq borc qalmaqalı ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən RƏSMİ AÇIQLAMA
19.02.2020 14:32
Sumqayıt bulvarının tikintisi zamanı sahibkarların və fəhlələrin pullarını ala bilməmələri ilə bağlı yayılmış məlumatlar əsassızdır.

Anews.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən oxu.az-a bir qrup sahibkar və 400 nəfərdən çox fəhlənin şəhərin icra başçısı Zakir Fərəcovu məhkəməyə vermələri ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən deyilib.

Məlumatda qeyd olunub ki, şəhərdə həyata keçirilən bütün layihələrdə, eləcə də bulvarın tikintisində iştirak etmiş iş icraçılarının və digər şəxslərin pulları Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tam şəkildə ödənilib.

Eyni zamanda bildirilib ki, bəzi şəxslərlə iş icraçısı arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb, müvafiq qərar qəbul olunub və təqsirli şəxs cəzalandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlənin indiyə qədər pullarını ala bilmədiklərinə dair iddiaların yer aldığı məlumatlar yayılıb.
 
İddialara görə, 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, şəhərin icra başçısı Zakir Fərəcov həmin vəsaitin yalnız dörd milyon manatını ödəyib. Yerdə qalan səkkiz milyon manata yaxın pulu isə ödəməkdən imtina edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol