• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün 20 seçki məntəqəsinin nəticələri ləğv edilib - SİYAHI

Bu gün 20 seçki məntəqəsinin nəticələri ləğv edilib - SİYAHI
24.02.2020 23:45
Məzahir Pənahovun sədrliyi ilə fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən BakuPost.az -a verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 20 seçki məntəqəsində - 15 saylı Yasamal birinci seçki dairəsinin 10, 19, 28 və 29, 29 saylı Səbail seçki dairəsinin 23, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 7 və 32, 63 saylı Sabirabad birinci seçki dairəsinin 28, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 1, 71 saylı Masallı kənd seçki dairəsinin 33, 91 saylı Ucar seçki dairəsinin 1, 94 saylı Bərdə kənd seçki dairəsinin 1, 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsinin 21, 108 saylı Ağstafa seçki dairəsinin 26, 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin 29, 30 və 43, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 36 və 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 48 və 50 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan halları nəzərə alaraq, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol