• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq terrorçuluğun maliyyələşdirilməsində ittiham olunan iki şəxsə qarşı cinayət işi açıb

Baş Prokurorluq terrorçuluğun maliyyələşdirilməsində ittiham olunan iki şəxsə qarşı cinayət işi açıb
28.05.2020 23:27
Azərbaycan Baş Prokurorluğu iki şəxsə qarşı terror çağırışı və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət işi açıb.

"İstintaq və əməliyyat tədbirləri zamanı məlum oldu ki, Qalib Məmmədov 2015-2017-ci illərdə Azərbaycanda başqalarının əmlakının mənimsənilməsi ilə bağlı cinayətlər törədib. Baş vermiş cinayətlərə görə cəzalandırılmamaq üçün Məmmədov Almaniyada sığınacaq alıb, oradan Azərbaycanda terror aktlarına çağırışlar edib",  - deyə Baş Prokurorluq bildirir.

"İstintaq müəyyən etdi ki, Məmmədov əvvəllər konkret cinayətlərdə ittiham olunan bir qrup şəxslə sui-qəsd hazırlayaraq, 2019-cu ildə sosial şəbəkələr vasitəsilə video yayaraq tərəfdarlarını Azərbaycanda keçirilən kütləvi aksiyalar zamanı hökumətin və polisin yüksək vəzifəli şəxslərinə qarşı terrordan istifadə etməyə çağırıb" , - deyə bəyanatda vurğulanır. 

İstintaqa İnternet vasitəsi ilə terror aktlarına dair çağırışlarla bağlı müraciətlərin Məmmədova etibarlı insanlar, o cümlədən Niyaməddin Əhmədovun yaxın tanışı tərəfindən göndərildiyi məlum olub. Öz növbəsində, Əhmədov göndərilən pulların terrorçuluğu maliyyələşdirmək üçün istifadə olunacağını bilsə də, onları müxtəlif ünvanlarda qəbul edib.

Baş Prokurorluq vurğulayır ki, Məmmədova qarşı həbs qətimkan tədbiri seçilıb.

"Hazırda onun ekstradisiyası ilə bağlı hüquqi məsələlər aparılır. Məhkəmənin qərarı ilə Əhmədov da Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə həbs edilib", deyə Baş Prokurorluqdan bildirilib.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası bu ittihamları qəbul etmir. Partiyanın bəyanatında  bildirilir ki,  AXCP-nin  Qabil Məmədovla və ya xaricdə yaşayan digər hər hansı bir şəxslə heç bir təşkilati, siyasi əlaqələri yoxdur.
 
"Niyaməddin Əhmədov AXCP üzvüdür və onun hər hansı bir şəxslə, xüsusilə Qabil Məmmədovla hər hansı siyasi əlaqədə  ola bilməsi absurddur. AXCP  bunu qəbul etmir və  hesab edir ki, bu,  müxalifətə qarşı yönəli addımdır.  Hökumət terror terminini gündəmə gətirməklə siyasi fəaliyyəti məhdudlaşdırmaq üçün geniş miqyaslı planlar hazırlayır", - deyə bəyanatda vurğulanır. 
 

 

 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol