• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı kəşfiyyatçılar Kəlbəcərdən Göyçə mahalına girib - ermənilərdən iddia

Azərbaycanlı kəşfiyyatçılar Kəlbəcərdən Göyçə mahalına girib - ermənilərdən iddia
28.05.2020 19:20
Erməni saytları Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun işğal altındakı Kəlbəcər rayonuna daxil olduğunu və Ermənistanın Vardenis (Göyçə) mahalından olan 14 yaşlı yeniyetmə çobanı əsir götürdüyü barədə məlumat yayıb.Virtualaz.org xəbər verir ki, bu xəbər Ermənistanda ciddi təşvişə səbəb olub. Məlumatda deyilir ki, erməni qüvvələri Azərbayan ordusunun diversiya qrupu ilə atışmaya girib və kəşfiyyatçılar əvvəlki mövqelərinə geri çəkiliblər. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovanisyan bu gün açıqlama verərək 14 yaşlı yeniyetmənin azərbaycanlılar tərəfindən əsir götürülməsini “dezinformasiya” adlandırıb, lakin Azərbaycan kəşfiyyatçılarının Kəlbəcərə daxil olması məsələsinə heç bir şərh verməyib.Aysor.am saytı isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan tərəfi Kəlbəcər istiqamətində kəşfiyyat-diversiya həmləsi edib. Belə ki, Kəlbəcər istiqamətindən Ermənistan sərhədini iki azərbaycanlı keçib, onlardan birini aşkar etmək mümkün olub, digəri isə qaçıb. Məlumatda digər təfərrüatlar göstərilmir, ancaq belə çıxır ki, Azərbaycan kəşfiyyatçıları nəinki işğal altında olan Kəlbəcər ərazisinə daxil olublar, üstəlik oradan Göyçə mahalına da keçiblər. Azərbaycan Müdafiə Nazirliyi hələlik erməni tərəfinin bu iddialarına şərh verməyib. Xatırladaq ki, Kəlbəcər rayonu qədim Azərbaycan torpaqları olan Göyçə mahalı, Ermənistanın indiki Vardenis rayonu ilə həmsərhəddir."Aysor.am" agentliyinin Azərbaycanın diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqında yaydığı məlumat həqiqətə uyğun deyil”.Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə Nazirliyi, ümumiyyətlə, qoşunların təmas xəttində heç bir dəyişikliyin olmadığını açıqlayıb:“Bu bir daha həmin agentliyin necə qeyri-ciddi KİV olduğunu təsdiq edir. Həmin sayt dəfələrlə Azərbaycanla bağlı qeyri-ciddi, heç bir həqiqəti əks etdirməyən məlumat yayıb. Hətta Ermənistan tərəfinin özü belə bu agentliyin yaydığı məlumatı elə onların özünə təkzib edib. Ümumiyyətlə, bu barədə yayılan informasiya sadəcə, dezinformasiya xarakteri daşıyır. Ermənilər son dövrlər Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır”ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol