Kanadada iki azərbaycanlıya hücumla bağlı polis araşdırmasına başlanılıb

Avqustun 2-ə keçən gecə Kanadanın azərbaycanlı icmasının iki nümayəndəsi Toronto şəhərində bir qrup erməni icmasına mənsub olan şəxslər tərəfindən hücuma məruz qalıbdır, bu barədə Azərbaycanlı kanadalılar şəbəkəsinin yayımladığı bəyanatda bildirilir.
"Sözügedən hücum iki azərbaycanlı şəxsə qarşı törədilmiş və onların avtomobili qarşı tərəfin minik vasitələri ilə zərbələrə məruz qalmışdır. Hadisə nəticəsində bir icma üzvü ayağından yaralanmış və ona təcili tibbi yardım göstərilmişdir. Hücum edənlər soyuq silah, pnevmatik tapança və beysbol taxtaları ilə silahlı olmuşlar. Hücuma məruz qalanların avtomobilinə böyük ziyan vurulmuşdur. Toronto şəhər polisi cinayət baş verən əraziyə çağrılmış və hal-hazırda hadisəni araşdırmaqdadır", - deyə bəyanat sahibləri vurğulayırlar.
Azərbaycanlı Kanadalılar Şəbəkəsi bu hadisəni kəskin şəkildə pisləyir və bu hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir, eyni zamanda icma üzvlərini sakitliyə və təxribatlara uymamağa dəvət edir. Gələcəkdə bu cür hadisələr baş verərsə mütləq hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.
www.anews.az

Azərbaycanlı icma üzvlərinə qarşı bu təxribat iyul ayının 12-14-də Ermənistan tərəfindən Azərbaycana qarşı edilən hərbi hücumdan sonra baş verməsi xüsusi narahatlıq yaradır. Dövlətlər arasında yaşanan gərginliklərin xaricdə yaşayan diaspor üzvlərinə qarşı bu cür hərəkətlər vasitəsilə daha da alovlandırılması qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır.
Azərbaycanlı Kanadalılar Şəbəkəsi müxtəlif fərdlər və icma təşkilatlarının Kanadada yaşayan azərbaycanlıların birgə, təhlükəsiz və mütəşəkkil əməkdaşlığı məqsədilə birləşdiyi alyansdır.
Məsələ ilə bağlı Azərbaycanın Kanadadakı səfirliyi də bəyanat yayıb. Məlumatda bildirilir ki, səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər