• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər mövqelərimizə hücuma hazırlaşır

Ermənilər mövqelərimizə hücuma hazırlaşır
29.05.2020 00:52

Ermənistan tərəfi Azərbaycan mövqelərinə hücum hazırlığı görür. Bu barədə Azadlıq Radiosunun İrəvan bürosuna (Radio Azatutyun) açıqlamsında ehtiyatda olan erməni general Arkadi Ter-Tadevosyan bildirib. O, deyib ki, bu barədə onun əlində məlumatlar var. "Əgər biz yaxın günlərdə cavab zərbəsi endirməsək Azərbaycan tərəfi zəiflədiyimizi düşünəcək. Mənim əlimdə belə məlumat var ki, hücum artıq hazırlanır", - deyə general mayor bildirib. 

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda ermənilərin Naxçıvana kimyəvi hücum hazırlamaları ilə bağlı xəbərlər yayılmışdı. Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatlarla bağlı açıqlama vermişdi. 

Müdafiə Nazirliyinin mətbuat xidməti ANS PRESS-in sorğusunu cavab olaraq Azərbaycan kütləvi informasiya vasitələrində Ermənistan ordusunun Naxçıvana kimyəvi hücuma hazırlaşması barədə yayılan məlumatların etibarlığının hansı dərəcədə dəqiq və nə doğru olmasına şübhə ilə yanaşmadan, burada bəzi məqamlara diqqət çəkmək istədikləri bildirmişdi. 

Birincisi, bu erməni tərəfinin Azərbaycana qarşı uzun illərdi apardığı informasiya müharibəsinin bir hissəsi ola bilər. 

İkincisi, Ermənistan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv olan və BMT-nin Baş Assambleyasında Kimyəvi Silahlar Konvensiyasını imzalayaraq üzərinə heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürən bir ölkədir.

Bu səbəbdən də üzv ölkələrin kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar həyata keçirilir.

Buna görə də Ermənistan belə bir addım atarsa beynəlxalq sanksiyalara məruz qala bilər.

Üçüncüsü, Azərbaycan Respublikası Silahlı Qüvvələri, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr, habelə müvafiq dövlət strukturları əlaqəli şəkildə düşmənin bu kimi hərəkətlərinin qarşısının alınmasında daim kompleks tədbirlərin təşkilini həyata keçirib və keçirirlər.

Sonuncu və ən əsası sianidin döyüş sursatlarında istifadəsi texniki baxımdan az ehtimal olunan və keyfiyyət baxımından az effektivdir.

Lakin bunlara baxmayaraq, istənilən halda Azərbaycan Respublikası Silahlı Qüvvələri istənilən zəhərli maddələrin aşkar olunması, şəxsi heyətin qorunması və zərərsizləşdirilməsi üçün tələb olunan kifayət qədər qüvvə və vasitələrə malikdir.

AzNews.az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol