• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələri müəyyənləşdi - Siyahı

Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələri müəyyənləşdi - Siyahı
05.05.2022 20:09
"Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə aşağıdakı əlavələr edilib:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).

Nazirlər Kabinetinin yaydığı məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən dövlət sərhəddində, işğaldan azad edilmiş Füzulu rayonunda yeni tikilmiş Füzuli Beynəlxalq Hava Limanında və fəaliyyətə başlaması nəzərdə tutulan Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqələrinin yaradıldığını, həmçinin bir neçə məntəqənin və yerləşdiyi ərazinin adının dəyişdiyini nəzərə alaraq, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi zərurəti yaranıb.

Qərara əsasən, Azərbaycanın digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol